“Napoli”nin argentinalı hücumçusu Qonsalo İquaini transfer etmək uğrunda mübarizə getdikcə artır. SportArena.az xəbər verir ki, İngiltərə klubları 28 yaşlı hücumçunu heyətinə qatmaq üçün dəridən-qabıqdan çıxırlar.
Belə ki, “Mançester Yunayted” və “Çelsi”nin ardınca “Arsenal” da İquainə “elçi düşüb”. London klubu təcrübəli futbolçunu nəyin bahasına olursa-olsun, transfer etməyi düşünür. “Arsenal” rəhbərliyi bu keçidin baş tutması üçün 50 milyon avro xərcləməyə hazırdı.
İquain özü də klubunu dəyişmək niyyətindədi. O, Çempionlar Liqasına vəsiqə əldə edə bilməyən “Napoli”də qalmaq istəmir.
Qeyd edək ki, İquain “Napoli”yə 2013-cü ildə Madrid “Real”ından transfer olunub.