Bu gün Yunis Hüseynov yenidən "Xəzər Lənkəran"ın ikinci dəfə baş məşqçisi seçilib. Əldə etdiyimiz xəbərə görə, Hüseynov ilk transferini həyata keçirməyə çox yaxındır. Bu "Simurq"dan ayrılan Draqan Çerandır.
SportArena.az olaraq, cənub klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb, məsələ haqqında soruşduq. Klub rəsmisi də Çeranla danışıqlar getdiyini təsdiqləyərək, qarşıdakı günlərdə Çeranla rəsmi müqavilə imzalana biləcəyini dedi.