Mövsümlərarası yay fasiləsində komandanın baş məşqçi postunda dəyişiklik edən “Xəzər Lənkəran” aktiv transfer fəaliyyətinə başlayır.
SportArena.az xəbər verir ki, komandanın sükanı arxasına keçən Yunis Hüseynov komandanın zəif çıxışı səbəbindən ev oyunlarında stadiona gəlməyən azarkeşləri yenidən tribunalara qaytarmaq üçün heyəti səviyyəli yerli və əcnəbi futbolçularla gücləndirmək niyyətini açıqlayıb. Onun bu təklifini dəktəkləyən rəhbərlik klubun bütün maliyyə imkanlarını tam olaraq bu istiqamətə yönəltməyə razılıq verib.
Beləliklə ilk olaraq vaxtı ilə “Xəzər Lənkəran”da çıxış etmiş braziliyalı yarımmüdafiəçi Dieqo Souza geri qaytarılır. Onunla birgə daha üç braziliyalı futbolçu “Xəzər Lənkəran”ın yay təlim-məşq toplantısında düşərgəyə qatılacaqlar. Qeyd edək ki, eyni zamanda bir neçə yerli istedadlı futbolçularla da danışıqlar gedir.12cioyuncu