“Azərbaycanlı azarkeşlərlə şəkil çəkdirərəm” – Xorvatiya yığmasının futbolçusu

09:56 5 İyun 2015

“Futbolçuların azarkeşlərlə şəkil çəkdirməsinə pis baxmıram. Əgər fanatlar şəkil çəkdirməkdə maraqlı deyillərsə, onda stadionlara niyə gəlirlər ki? Oyunlara televiziyadan baxsalar, daha yaxşıdı”.

 

SportArena.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Şaxtyor” klubunun və Xorvatiya yığmasının müdafiəçisi Dario Srna deyib.

 

33 yaşlı futbolçu “Şaxtyor” azarkeşlərinə olan hörmətindən danışıb. O bildirib ki, Donetsk klubunun istənilən ölkədən olan fanatı ilə şəkil çəkdirməyə hazırdı: “Şaxtyor”a azarkeşlik edən hər kəslə şəkil çəkdirməyə hazıram. Həmin şəxs Azərbaycandan da ola bilər, Qazaxıstandan da, Xorvatiya və Almaniyadan da. “Şaxtyor” azarkeşlərinə hörmət edirəm və həmişə də edəcəm. Onların miliyətinin nə olması önəmli deyil. Əsas odu ki, oynadığım komandaya azarkeşlik edirlər”.apasport


Digər xəbərlər

Xəbər xətti