Xəbər verdiyimiz kimi, kubkun finalında "Qarabağ"a məğlubiyyətdən sonra Arif Əsədov "Neftçi"dən ayrıldı.
SportArena.az olaraq, bu gün Əsədovla əlaqə saxlayıb, fikirlərini öyrəndik:
"Neftçi"də problemlər çox idi. Biz bu problemlərə rəğmən, sona qədər döyüşdük. Əlavə futbolçuların olmaması bizə kubok və Premyer Liqada oynamağa problem yaratdı. Final qarşılaşması bizim üçün son şans idi. Bu oyuna var gücümüzlə hazırlaşıb, meydana qələbə üçün çıxmışdıq. Amma "Qarabağ" daha üstün oynadı və bizə göz açmağa imkan vermədi. Məğlubiyyətə bir-neçə səbəb var idi. Futbolçuların zədəli olması, eyni zamanda mənə qarşı olan təzyiqlər sonda uğursuzluqlara səbəb oldu. Amma mən o qədər də uğursuzluq yaşatmadım kluba. Çünki, komandamı Avroliqaya çıxartmıam".