Rumıniya Bakıya 147 idmançı göndərir

12:48 5 İyun 2015

Rumıniya iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarında 147 atletlə təmsil olunacaq.

 

SportArena.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Rumıniya Milli Olimpiya və İdman Komitəsinin məlumatına əsasən, bu ölkə birinci Avropa Oyunlarında 20-dən artıq idman növündə çıxış edən 83-ü kişi, 64-ü qadın olmaqla, ümumilikdə 147 atletlə təmsil olunacaq.

Rumıniyanın birinci Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Aleksandru Epurandır.


Digər xəbərlər

Xəbər xətti