İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının tam siyahısı açıqlanıb.
SportArena.az saytının məlumatına görə, 16 gün ərzində baş tutacaq 20 idman növündə ən böyük heyətlə Rusiya təmsil olunacaq.
Şimal qonşularımız paytaxtımızda 359 idmançısını sınaqdan keçirəcək. Yay və Qış Olimpiya Oyunlarının da lideri olan ruslar Avropa Oyunlarında da əsas favoritlərdəndi.
Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. Apenninlər 291 yarışa idmançı ilə qatılacaqlar. Azərbaycanın da Avropa Oyunlarında bu sayda atletlə təmsil olunacağı gözlənilsə də, son anda bu rəqəm 289-a düşüb.
İlk “10-luq”da digər Avropa nəhəngləri də yer alıb. Siyahını isə Monako qapayır. “Cırtdan ölkə” təmsilçisi yarışa cəmi 6 idmançı ilə gələcək.
Ölkə |
İdmançı |
Rusiya |
359 |
İtaliya |
291 |
Azərbaycan |
289 |
Almaniya |
266 |
Fransa |
251 |
Ukrayna |
243 |
İspaniya |
216 |
Polşa |
212 |
Macarıstan |
200 |
Türkiyə |
191 |
Slovakiya |
179 |
Böyük Britaniya |
158 |
Belarus |
150 |
Rumıniya |
146 |
Avstriya |
145 |
İsrail |
141 |
Yunanıstan |
138 |
Serbiya |
133 |
Çexiya |
130 |
İsveçrə |
130 |
Bolqarıstan |
127 |
Hollandiya |
120 |
Belçika |
117 |
Xorvatiya |
109 |
Finlandiya |
106 |
Gürcüstan |
105 |
Portuqaliya |
100 |
Moldova |
86 |
Sloveniya |
83 |
İsveç |
76 |
Litva |
71 |
Latviya |
67 |
Danimarka |
65 |
İrlandiya |
63 |
Malta |
61 |
Lüksemburq |
61 |
Estoniya |
59 |
Norveç |
58 |
Bosniya və Herseqovina |
56 |
Moteneqro |
55 |
Makedoniya |
45 |
Andorra |
31 |
Albaniya |
28 |
Ermənistan |
25 |
Kipr |
23 |
San-Marino |
20 |
İslandiya |
19 |
Kosovo |
18 |
Lixtenşteyn |
10 |
Monako |
6 |