"Neftçi"ni hörmətdən salan növbəti hərəkət: "Saşa "Neftçi" üçün çox şey edib"

13:28 5 İyun 2015

 "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin komandasını tərk etdiyi barədə sizə xəbər vermişdik.

 

SportArena.az-ın əldə etdiyi xəbərə görə, Saşa Stamenkoviçi hava limanından yalnız "Simurq"un qapıçısı Amil Ağacanov yola salıb. "Neftçi"nin uğurlarında böyük pay sahibi olan futbolçunu klub rəsmilərindən və azarkeşlərdən heç kim yola salmağa getməyib. Məsələ ilə bağlı "Simurq"un qapıçısı Amil Ağacanovla əlaqə saxlayıb, fikrini öyrəndik:

 

"Saşa mənim dostumdur. Onunla çoxdandır ki, münasibətimiz var. Mən onu yola salmağa getdim, məndən başqa kimsə yox idi hava limanından. İstəməzdim onu belə yola salsınlar. Çünki, Saşa "Neftçi" üçün çox şey edib. Ona gələcək karyerasıda uğurlar arzu edirəm".

 


Digər xəbərlər

Xəbər xətti