Bu gün keçirilən Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov maraqlı məsələlərə toxunub.
SportArena.az xəbər verir ki, klub rəsmisi fikirlərini belə izah edib:
"Hazırda bir-sıra ölkələri təmsil edən futbolçularla danışıqlar aparırıq. Bunların arasında Latın Amerikası, İspaniya və Portuqaliya da var. Yunis Hüseynov bu yaxınlarda Malidə də 3 futbolçu bəyənib. Onlarla da danışılar davam edir. Eyni zamanda komandada olan futbolçuların arasında da seçim aparılacaq və baş məşqçimiz kimi istəsə, onu da saxalayacaq. Biz "Xəzər Lənkəran" rəhbərliyi olaraq, Yunis Hüseynovun istədiyi futbolçuları Lənkərana gətirməyə çalışacağıq və sona qədər də onun arxasında dururuq".