Xəbər verdiyimiz kimi, bu gün keçirilən Klublar Komitəsinin iclasından sonra “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarına cavab verib.
SportArena.az xəbər verir ki, cənub klubunun rəsmisi FİFA-nın kluba tətbiq etdiyi transfer qadağası ilə bağlı da danışıb:
"İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlamışıq. Bu ay bizə son cavab gəlməlidi. Amma heç bir qərar bizim transfer planlarımızı poza bilməz. Ən pis halda azad statusa malik olan futbolçuları Lənkəran klubuna gətirərik. Bizim qarşıdakı mövsümdə planlarımız böyükdür. Çempion və kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik".