Tuyqun Nadirov Klublar Komitəsinin son iclasından danışdı

14:21 5 İyun 2015

AFFA Klublar Komitəsinin rəhbəri, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bu gün keçirilən iclasdan danışıb. SportArena.az xəbər verir ki, o, bunları söyləyib:

 

"Bir sıra problemlər müzakirə olundu. Əsas üç məsələ sənəd halında AFFA İcraiyyə Komitəsinə göndərildi. Bunlardan birincisi legionerlərə görə üzvlük haqqı ilə bağıdır. Əcnəbi futbolçu 21 yaşdan kiçikdirsə, onlara görə üzvlük haqqını 50 faizə endirmək də olar.

İkinci məsələ klubların öz yetirmələrinə görə kompensasiyası ilə bağlıdır. Klublar öz yetirmələrinin komandadan getməsinə görə kompensasiyasız qalmamalıdır.

Üçüncü məsələni isə "Bakı" qaldırdı. Bu, növbəti 10 il üçün ölkə futbolunun və klubların inkişafına dair dövlət proqramının hazırlanmasıdır.

Teleyayıma gəlincə, "İdman Azərbaycan" çempionat oyunlarını kifayət qədər keyfiyyətli nümayiş etdirir. Amma orada klubların sponsorlarının reklamını da görmək yaxşı olardı.

Bütün bu məsələlərin İK-nın iclasında müsbət dəyərləndiriləcəyinə ümid edirik".azerisport


Digər xəbərlər

Xəbər xətti