Bu gün "Xəzər Lənkəran" FK rəhbərliyi ötən mövsümün yekunlarına və növbəti mövsümə hazırlıqlarla bağlı iclas keçirib.
SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda klubun idman direktoru Yunis Hüseynovun baş məşqçi təyin edilməsi haqqında qərar qəbul edilib.
Həmçinin, ötən mövsümün ikinci yarısında komandanın baş məşqçi vəzifəsini icra etmiş Elbrus Məmmədov əvəzedici heyətin baş məşqçisi postunda işinə davam etdirəcək.
Xatırladaq ki, Yunis Hüseynov 2012-ci ildə də "Xəzər Lənkəran"ın baş məşqçisi olub.