UEFA-dan hakimlərimizə yeni təyinat

17:22 5 İyun 2015

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro – Moldova oyununu FİFA referisi Orxan Məmmədov idarə edəcək.



SportArena.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq. 

Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti