FOTO Prezident Boks Federasiyasının yeni binasında

00:02 6 İyun 2015

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.
 
Sportarena.az AzərTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
 
Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar. Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.
 
Sonra xatirə şəkli çəkdirilib. Daha sonra dövlətimizin başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.
 
Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.


Digər xəbərlər

Xəbər xətti