İdman Arbitirak məhkəməsi "Xəzər Lənkəran" haqqında çıxardığı transfer qadağasına bu ayın 20-nə kimi yenidən baxacaq.
SportArena.az xəbər verir ki, bu barədə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi eyni zamanda bildirib ki, istənilən qərara rəğmən, "Xəzər Lənkəran" öz heyətini gücləndirəcək və iddialı bir komanda formalaşacaq.