SON DƏQİQƏ: Baş məşqçi və qapıçıdan sonra komandanın həkimi də getdi!

09:32 6 İyun 2015

İki gün öncə baş məşqçi Arif Əsədovu istefaya göndərən “Neftçi” daha bir nəfərlə yolları ayırıb.

 

SportArena.az xəbər verir ki, “ağ-qaralar” uzun müddətdi komandanın həkimi kimi çalışan Tofiq Qasımovla vidalaşıblar.

Onun yerinə “Neftçi”nin icraçı-direktoru Elnur Məmmədovun müavini Mübariz Xudiyevin yaxın adamı gətirilib.

Əvvəllər “Şəfa” komandasında da çalışan Qasımov bundan sonra fəaliyyətini yalnız millidə davam etdirəcək.

Qeyd edək ki, “Neftçi” az öncə futbolçulardan – Rauf Əliyev və Mirhüseyn Seyidovla yollarını ayırmışdı. Ardından isə baş məşqçi Arif Əsədov və serbiyalı qapıçı Saşa Stamenkoviç də paytaxt klubundan uzaqlaşdırılıb.apasport


Digər xəbərlər

Xəbər xətti