Moskva vilayətinin idmançıları Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 17 idman növündə 29 medal qazanmaq niyyətindədir.
SportArena.az xəbər verir ki, bunu Moskva vilayəti bədən tərbiyəsi, gənclərlə iş və idman naziri Roman Teryuşkov deyib.
Onun sözlərinə görə, 367 idmançıdan ibarət Rusiya milli komandasında Moskva vilayətini 47 idmançı təmsil edəcək: "Sinxron üzgüçülük, boks, kayak və kanoe, bədii gimnastika idman növləri də daxil olmaqla 8 qızıl, 6 gümüş və 15 bürünc medal qazanmaq planlaşdırılır".