Madrid "Real"ı "Portu"ya icarəyə verdiyi Kasemironu geri qaytarıb.
SportArena.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi gələn mövsümdən "Real"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2013-cü ildə "San Paulo"dan transfer olunan braziliyalı futbolçu özünü doğrultmadığı üçün mövsümün əvvəlində "Portu"ya göndərilmişdi.