Xorvatiya Bakıya 107 idmançı göndərir

12:52 6 İyun 2015

Xorvatiya “Bakı-2015” birinci Avropa Oyunlarında 18 idman növü üzrə 107 atletlə təmsil olunacaq.

 

SportArena.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, komandaya olimpiya mükafatçıları Snjezana Pejcic və Lucia Zaninoviç başçılıq edəcəklər.

S.Pejcic 2008-ci il Pekin Olimpiadasının 10 metr məsafəyə atıcılıq, L.Zaninoviç isə 2012-ci il London Olimpiadasının taekvondo üzrə bürünc mükafatçılarıdır.


Digər xəbərlər

Xəbər xətti