"Şahin Diniyev "Kəpəz"də problemlə üzləşəcək" - Vidadi Rzayev

13:16 6 İyun 2015

"Mən onsuz da Premyer Liqada baş məşqçi kimi çalışa bilməzdim. Çünki B kateqoriyam var. Çalışacam oxuyub A və PRO kateqoriyasını alım". Bunu "Kəpəz"in yeni idman direktoru Vidadi Rzayev deyib.

 

Ötən mövsüm I divizonda "Kəpəz"i çalışdıran Rzayevi bu postda Şahin Diniyev əvəz edib. Bundan sonra "Kəpəz"də idman direktoru vəzifəsində çalışacaq veteran futbolçu bu klubun 10 yaşdan 19 yaşadək olan komandalarına nəzarət edəcək.

 

Vidadi Rzayev bildirib ki, Gəncədə yeni istedadları üzə çıxarmaq artıq əvvəlki kimi asan deyil: "Bildiyiniz kimi, son illər Gəncə futbolunda boşluqlar yarandı. Halbuki vaxtilə ən güclü oyunçular burdan çıxardı. Gəncə futbol məktəbi olub. Etiraf etmək lazımdı ki, hazırda Gəncədə futbolçu qıtlığı var. Əminəm ki, yeni baş məşqçi Şahin Diniyev də bu baxımdan problemlə üzləşəcək. Buna rəğmən əlimdən gələni edəcəm ki, əsas komanda üçün yeni gənclər üzə çıxsın. Cavan uşaqların axtarışına çıxacam. Müxtəlif turnirlər təşkil edəcəyik. Orda perspektiv vəd edənləri aşağı yaş qruplarına cəlb edib, onları əsas komanda üçün hazırlayacağıq".

 

İdman direktorunun fikrincə, qarşıdakı mövsümdə "Kəpəz"i ciddi çətinliklər gözləyir: "İlk il asan keçməyəcək. Şahin müəllimə çətin olacaq. Amma o, təcrübəli məşqçidi, komandanı bu vəziyyətdən çıxaracağına inanıram".apasport


Digər xəbərlər

Xəbər xətti