Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov AIBA Pro Boxing turnirində növbəti görüşünü keçirib.
SportArena.az xəbər verir ki, 2 qat dünya, Avropa çempionu Mərakeşdə yerli boksçu Məhəmməd Arjaou ilə qarşılaşıb.
8 raundluq döyüşdən sonra hakimlər Məcidovun qələbəsini qeydə alıblar - 2:0 (78:74, 78:73, 76:76). Boksçumuz növbəti görüşünü rusiyalı Maqomed Omarovu meglub eden Rumıniya idmançısı Mixay Nistora qarşı keçirəcək.
Cavid Çələbiyev isə iyunun 7-də Cində argentinalı Albero Melianla üz-üzə gələcək.