“Bakı”dan rəsmi açıqlama: “Heç bir futbolçunu transferə çıxarmamışıq, komanda dağılmayacaq”

17:36 6 İyun 2015

“Bakı” istənilən halda klub kimi fəaliyyətini davam etdirəcək. İstər Premyer Liqa olsun, istərsə də I divizion. Komandanın dağılmasından söhbət gedə bilməz”. Bu sözləri “Bakı”nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov deyib.

 

Klub rəsmisi qeyd edib ki, hələlik heç bir futbolçu rəhbərlik tərəfindən transferə çıxarılmayıb: “Cari mövsümdə “Bakı”nın aşağı yaş qrupu üzrə komandaları hər zamankı kimi uğurlu çıxışı ilə seçildi. Əsas komanda da klubun öz yetirmələri çıxış etdi. Bu cür futbolçuları itirə bilmərik. Bəziləri düşünə bilər ki, “Bakı” dağılır. Belə deyil. Hələ ki heç bir futbolçu transferə çıxarılmayıb. Komanda kimlərin qalacağına, kimlərin gedəcəyinə məşqçilər korpusu qərar verəcək. Biz ötənilki səhvləri təkrarlamaq istəmirik. Yəni, hansısa futbolçunun “Bakı”nı özbaşına tərk etməsinə imkan verməyəcəyik. “Bakı”nın futbolçusu ilə maraqlanan klub, ilk növbədə rəhbərliklə razılığa gəlməlidir. Yalnız “Bakı”nımn razılığından sonra futbolçularımızın digər kluba keçidi mümkündür. Bu futbolçuların yetişməsi, hazırki səviyyətə çatması üçün “Bakı” klubu xeyli vəsait xərcləyib. İndi də onları pulsuz əldən verə bilmərik”.futbolxeber


Digər xəbərlər

Xəbər xətti