"Bakı-2015": İstanbulda Avropa Oyunlarına dəstək məqsədilə görüş

22:00 6 İyun 2015

İstanbulda “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə görüş keçirilib.

 

SportArena.az xəbər verir ki, Türk Dünyası Araşdırmalar Vəqfində Azərbaycanın İstanbuldakı baş konsulluğunun iştirakı ilə təşkil olunan görüşə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, Bolqarıstan Türkləri Mədəniyyət Dərnəyinin, Ural Təhsil Mədəniyyəti və Strateji Araşdırmalar Dərnəyi və digər QHT-lərin təmsilçiləri və KİV nümayəndələri qatılıblar.

Görüşdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin vəziyyəti, bu beynəlxalq tədbirin əhəmiyyəti barədə məlumat verilib. İştirakçılara “Bakı-2015” haqqında əyani vəsaitlər təqdim edilib.


Digər xəbərlər

Xəbər xətti