“Barselona”nın ulduz futbolçusu Lionel Messi bu gün “Yuventus”a qarşı keçirəcəkləri oyundan danışıb.
SportArena.az xəbər verir ki, argentinalı futbolçu Berlin Olimpiya stadionunda oynanılacaq finaldan qalib ayrılmaq istədiklərini bildirib:
“Bu gün möhtəşəm final olacaq. Ötən il Çempionlar Liqası bizim üçün, xüsusən mənim üçün uğursuz oldu. Zədələr və dəyişikliklər imkan vermədi ki, yaxşı tərəfdən özümüzü göstərək. Bu gün isə möhtəşəm finalda oynayacağıq. “Yuventus” hiyləgər rəqibdir. Onların gücünü də hamı gördü. “Real” kimi güclü komandanı məğlub etdilər. Bütün bunlara baxmayaraq, inanıram ki, biz bu oyundan qalib ayrılacağıq”.