FOTO "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsi başa çatdı

19:11 7 İyun 2015

"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin ikinci mərhələsi başa çatıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qrupun son gününüdə bütün iştirakçılar mükafatlandırılıb. "Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt" FK-nun Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranları Telman Salahov, Ağamusa Bağırov, klubun məşqçi heyəti iştirak edib. Yekunla əlaqədar olaraq, iştirakçılara "Sumqayıt" FK-nun idman geyimi, "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC və AFFA-nın ayırdığı müxtəlif hədiyyələr təqdim edilib. "Yay Futbol Düşərgəsi" layihəsinin ikinci mərhələsində 4, 11, 14, 38, 43 və 44 saylı orta məktəbin şagirdləri iştirak edib.

 

Qeyd edək ki, 2 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir.


Digər xəbərlər

Xəbər xətti