"Neftçi"də vəziyyət çox pisdir. Hətta deyərdik pisdən də pis. Bir-neçə gün bundan qabaq klubla müqaviləsi başa çatan futbolçuların yeni müqavilə bağlamaqdan imtina etməsi haqda məlumat vermişdik. Bildirmişdik ki, aylardı maaş almayan futbolçular borclarını almayınca yeni müqaviləyə imza atmayacaqlarını bildiriblər.
SportArena.az xəbər verir ki, artıq bütün legionerlər Bakını tərk edərək 1 qəpik almadan öz ölkələrinə yollanıblar.
Onlar faktiki "Neftçi"nin futbolçuları deyillər. Gedərkən rəhbərliyə son sözləri də bu olub: yaxın günlərdə borclarla bağlı yenilik olmasa, özümüzə yeni klub tapacağıq. Yerli futbolçular da eyni durumdadır. Əgər yaxın 1 həftə ərzində borclar ödənməsə, müqaviləsi başa çatan yerli futbolçular da özlərinə başqa klub axtaracaqlar. Bu isə əsas heyətin dağılması anlamına gəlir. Bu gedişlə pul olmasa, "Neftçi" də "İnter" kimi, Avropa Liqasında gənclərlə oynamalı olacaq.rekord.az