"Xəzər Lənkəran"ın keçmiş futbolçusu İvan Svetkov futbolçu karyerasını başa vurmağı qərara alıb.
SportArena.az xəbər verir ki, hazırda o, müqavilə ilə Bolqarıstanın "Botev" klubuna məxsus olsa da, 35 yaşlı futbolçu növbəti mövsümdə meydana çıxmaq arzusunda deyil.
Qeyd edək ki, Svetkov 2008-2010-cu illərdə "Xəzər Lənkəran"da oynayıb. O, bu komandadakı 50 oyunda 22 qola imza atmışdı.