Qatarın 2022-ci ildə futbol üzrə dünya çempionatı keçirmək hüququnun əlindən alınma ehtimalı çox yüksəkdir.
SportArena.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqat Bürosunun (FTB - ing. FBR) FİFA-dakı korrupsiya üzrə informatoru Fərda əl-Məcid "Daily Mail"ə bildirib.
"Qatar tərəfindən pozuntulara dair dəlillər o dərəcədə aydındır ki, FİFA-nın çempionatı keçirmək hüququnu onun əlindən alıb başqa ölkəyə verməkdən savayı yolu qalmır" - deyib xamın əl-Məcid.
Xatırladaq ki, əl Məcid 2010-cu ildə Qatarın dünya çempionatı üçün sifarişini hazırlamaq üzrə təşkilat komitəsinin üzvü olub. Hazırda o, FTB-nin şahidləri müdafiə proqramı altındadır. Bununla belə, Fərda əl-Məcid həyatına təhlükənin sovuşmadığı qənaətindədir.
"Adamlar var ki, hesab edirlər ki, mən həddən artıq çox bilirəm. Başqaları mənə nifrət edirlər ki, kartları açmışam, müsəlman qadın ola-ola informator olmuşam" - qeyd edib əl-Məcid.
Xatırladaq ki, hazırda FİFA-da korrupsiya qalmaqalı üzrə 14 nəfər həbs edilib. Lakin informatorun dediyinə görə, bu, hələ son deyil.