“Neftçi İdman Klubu” İctimai Birliyi Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək idmançılarının siyahısını açıqlayıb.
SportArena.az xəbər verir ki, hər zaman ölkənin idman həyatında mühüm rol oynayan klubu qitənin ilk Oyunlarında 80 təmsil edəcək.
“Neftçi İdman Klubu”nun üzvləri atletika, basketbol, çimərlik futbolu, boks, cüdo, güləş, gimnastika, qılıncoynatma, sambo, karate, atıcılıq, üzgüçülük, taekvondo, badminton, voleybol və şosse velosipedi yarışlarında mübarizə aparacaqlar.
İlk Avropa Oyunlarında yarışacaq “Neftçi İdman Klubu”nun atletləri
Atletika - 18 idmançı (12 kişi, 6 qadın): Vadim Ryabixin, Valentin Buliçev, Hakim İbrahimov, İbrahim Əhmədov, Arif Abbasov, Elmir Cəbrayılov, Asəf Mehdiyev, Murad İbadullayev, Nazim Babayev, Azər Əhmədov, Şimşək Əlizadə, Orxan Qasımov, Şəfa Məmmədova, Zəkiyyə Həsənova, Valeriya Balyanina, Lidiya Salixova, Yelena Qladkova, İrada Əliyeva
3x3 basketbol - 4 idmançı (2 kişi, 2 qadın): Amil Həmzəyev, Fuad Niftalıyev, Tatyana Deniskina, Dina Ulyanova
Çimərlik futbolu - 3 idmançı (hamısı kişi): Sabir Allahquliyev, Vüsal İsmayılov, Ramil Əliyev
Boks - 2 idmançı (1 kişi, 1 qadın): Pərviz Bağırov, Anaxanım Ağayeva
Şosse velosipedi - 2 idmançı (hamısı kişi): Elçin Əsədov, Samir Cəbrayılov
Qılıncoynatma - 6 idmançı (2 kişi, 4 qadın): Azər Tağıyev, Cavanşir Ağakişiyev, Sabina Mikina, Sevil Bünyatova, Sevinc Bünyatova, Fatimə İbrahimova
Bədii gimnastika - 1 idmançı (qadın): Aynur Mustafayeva
Cüdo - 13 idmançı (7 kişi, 6 qadın): İlqar Müşkiyev, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Ramin Qurbanov, Elxan Məmmədov, Elmar Qasımov, Leyla Əliyeva, Səkinə Zayirova, Kifayət Qasımova, Xanım Hüseynova, Validə Mirzəzadə, Nərgiz İbrahimova
Paralimpiya cüdo - 3 idmançı (2 kişi, 1 qadın): İlham Zəkiyev, Zakir Mislimov, Səbinə Abdullayeva
Karate - 1 idmançı (qadın): Aytən Səmədli
Sambo - 2 idmançı (1 kişi, 1 qadın): İslam Qasımov, Nəzakət Xəlilova
Atıcılıq - 4 idmançı (2 kişi, 2 qadın): Ruslan Lunev, Rəsul Məmmədov, İradə Aşumova, Nərminə Səmədova
Üzgüçülük - 2 idmançı (1 kişi, 1 qadın): Dorian Fazekaş, Yuliya Stisyuk
Taekvondo - 2 idmançı (1 kişi, 1 qadın): Ayxan Tağızadə, Günay Ağakşiyeva
Voleybol - 7 idmançı (hamısı kişi): Pərviz Səmədov, Aleksey Çervyakov, Fərid Cəlalov, Yevgeni Kovalenko, Emin Abdullayev, Tural Həsənli, Elmin Alışanov.
Güləş - 9 idmançı (8 kişi, 1 qadın): Elman Muxtarov, Həsən Əliyev, Rəsul Çunayev, Elvin Mürsəliyev, Orxan Nuriyev, Yaşar Əliyev, Hacı Əliyev, Toğrul Əsgərov, Solmaz Həşimzadə
Badminton - 1 idmançı (kişi): Kənan Rzayev