Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları və nümayəndə heyətləri ölkəmizə gəlməkdə davam edirlər.
Sportarena.az xəbər verir ki, Oyunlarda iştirak edəcək türkiyəli idmançıların bir qrupu iyunun 8-də Azərbaycana gəlib.
Qardaş ölkə idmançılarını Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.
Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb. “Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.