FOTO "Zirvə"nin iki atleti dünya çempionatında

19:47 8 İyun 2015

6-13 iyun 2015-ci il tarixlərində Polşanın Vrotslav şəhərində ağır atletika üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. Şəhərin “ORBITA Hall” İdman Kompleksində baş tutacaq turnirdə 50-yə yaxın ölkədən 282 atletin (123 qadın və 159 kişi) iştirakı gözlənilir.

 

SportArena.az xəbər verir ki, bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun iki üzvü də körpücük üzərinə çıxacaq. Bunlar Zeynep Atakan və Volodimir Hozadır.

 

Qadınların mübarizəsində – 69 kq çəki dərəcəsində “Ankara-Zirvə” atleti Zeynep Atakan medal qazanmağa çalışacaq. O, iyunun 11-i, saat 15:00-da körpücük üzərinə çıxacaq.

Kişilərdə isə “Jidaçiv-Zirvə” atleti Volodimir Hoza ölkəsi Ukrayna və klubu “Zirvə”nin şərəfini qoruyacaq. O, 94 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq. Hozanın yarışı 11 iyun saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti