“Barselona”nın baş məşqçisi Luis Enrikenin komandadakı taleyinə aydınlıq gəlib.
SportArena.az xəbər verir ki, klub prezidenti Xosep Bartomeu ispaniyalı mütəxəssisin komandada qalacağını deyib. O, yerli mətbuata açıqlamasında bildirib ki, debüt mövsümündə 3 titulu birdən qazanan gənc mütəxəssis gələn mövsüm də komandanın “sükanı arxası”nda olacaq: “Luis Enrike burdakı işini davam etdirəcək. O, 10 üzərindən 10 aldı. Buna görə də, Enrike ilə yola davam etməməyə bir səbəb görmürəm”.
Qeyd edək ki, “Barselona” bu mövsüm həm La Liqanın, həm İspaniya Kral Kubokunun, həm də UEFA Çempionlar Liqasının qalibi olub. Kataloniya klubu İspaniya Superkuboku, Avropa Superkuboku və Klublararası Dünya Çempionatını qazanmağa da ən real namizəddi.