FOTOLAR Türkiyə millisinin ulduz oyunçusu Bakı klubunda

00:16 9 İyun 2015

Yeni mövsümə hazırlığı davam etdirəm qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu daha bir legionerlə razılığa gəlib.

 

SportArena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Loko" bu dəfə Türkiyə millisinin ulduz oyunçusu Özgə Kırdar Çəmbərcinin keçidini rəsmiləşdirib. 30 yaşlı toppaylayıcı karyerası boyunca Türkiyə nəhənglərindən olan "Vakıfbank" , "Fenerbahçe" və "Eczaçıbaşı" klublarının şərəfini qoruyub. 182 sm boya malik ulduz oyunçu 2009-cu ildən Türkiyə millisinin heyətində mütəmadi olaraq cixiş edir. Millinin heyətində 2011-ci ildə Avropa Çempionatının bürünc, 2013-cü ildə Ağdəniz Oyunlarının gümüş medallarina yiyələnən Özgə Türkiyə tarixində ilk dəfə London-2012 Olimpiya oyunlarında iştirak edən komandanın tərkibində uğurlu çıxış edərək adından söz etdirməyi bacarıb. Klub karyerası boyunca müxtəlif illərdə Türkiyə çempionluğu qazanmış ulduz oyunçu 2010-2011 sezonunda "Vakıfbank"ın heyətində Çempionlar Liqasının qalibi olmuş və turnirin ən yaxşı toppaylayıcısı seçilmişdi.


Digər xəbərlər

Xəbər xətti