Samir Əliyev: "Rəhbərlik üç mərhələ keçməyi tələb etməyib"

00:44 9 İyun 2015

"Neftçi"nin yeni məşqçisi Samir Əliyevin müsahibəsi

 

- "Neftçi"nin Müşahidə Şurası komandanı sizə tapşırdı. Bu təyinatla bağlı nə deyə bilərsiniz?
- Komandanın baş məşqçisi təyin olunduğuma görə çox şadam. Bu klubda illərim keçib. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Yəqin ki, əsas diqqət Avropa Liqasına yönəlib...
- Təbii ki, Avroliqanın startına çox az vaxt qalıb. Ona görə də komandanın heyəti ilə ciddi məşğul olmaq lazımdır. Heyətimiz daha çox gənclərdən ibarət olacaq.

- Bəs legionerlər?
- Flavinyo, Erik Ramos və Kaue komandada qalacaq. Qalan legionerlərin aqibəti hələ məlum deyil. Bircə şey məlumdur ki, onlarla müqavilənin müddəti başa çatıb.

- Onlardan hansı komandada qala bilər?
- Təəssüf ki, Ramosla Kaue avrokuboklardakı ilk oyunu buraxmalı olacaqlar. Buna səbəb onların ötən mövsüm cəzalı duruma düşməsidir.

- Avroliqada qarşınıza hansı vəzifə qoyulub?
- Klub rəhbərliyi mənim qarşıma üç mərhələ keçmək vəzifəsi qoymayıb. Onlar da başa düşür ki, komanda yeni heyətlə oynayacaq. Amma biz əlimizdən gələni edəcəyik ki, döyüşkən heyət yaradaq, yaxşı nəticələr qazanaq.

- Araz Abdullayevlə Samir Məsimov barədə nə düşünürsünüz?
- Onlar "Neftçi"də qalacaq.

- Toplanış nə vaxt başlayacaq?
- Komanda 9 gündən sonra Avstriyaya təlim-məşq toplanışına yollanacaq. İki həftə ərzində futbolçular Avroliqaya hazırlaşacaqlar. Gedənlərin əvəzinə yeni futbolçular tapmağa çalışacağıq. Maraqlandığımız futbolçular var. Əsas hədəfimiz yüksək intizama malik komanda yaratmaqdır.azerisport


Digər xəbərlər

Xəbər xətti