“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol klublarının dəyəri barədə hesabat hazırlayıb.
SportArena.az xəbər verir ki, hesabata əsasən dünyanın ən bahalı 10 futbol klubundan 6-ı İngiltərədədir.
Britaniyanın “Mançester Yunayted” klubu isə siyahıda son zamanlaradək 1-ci yeri tutmuş “Bayern Munhen"i geridə qoyaraq "ən bahalı futbol brendi" adını qazanıb.
Ardıcıl olaraq iki futbol mövsümündə heç bir futbol mükafatı qazanmadığına baxmayaraq, “Mançester Yunayted” brendinin dəyəri artaraq 1.2 milyard dollara çatıb.
Qeyd edək ki, şənbə günü futbol üzrə Çempionlar Liqasının kubokunu qazanmış "Barselona" klubu ötən mövsümlə müqayisədə iki pillə geriləyərək 773 milyon dollarlıq aktivlərlə 10 ən varlı futbol klubu arasında 6-cı yerdə qərarlaşıb.