Vüqarın əmisi: “Hazırda “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi”dən təklif var"

14:21 9 İyun 2015

“Vüqar indi də “Qarabağ”da qalmaq istəyir. Amma klubun təklifi onu qane etmir”.

 

SportArena.az apasport-a istinadən xəbər verir ki, bunu milli komandamızın yarımmüdafiəçisi Vüqar Nadirovun əmisi Adil Nadirov deyib.

 

“Qarabağ” klubunun yaradıcılarından olan Adil Nadirov qardaşı oğlunun sevimli komandada qalmasını istədiyini bildirib: “Qarabağ” Vüqara indi aldığından çox-çox az maaş təklif edib. Vüqar da bununla razılaşmır. Açığı, şəxsən mən özüm ona “Qarabağ”da qalmağı məsləhət gördüm. Amma “Qarabağ” rəhbərliyinin təklif etdiyi məbləği eşidəndə susdum. Axı futbolçu ömrü qısadı. O da bu müddətdə normal qazanc əldə etmək istəyir. Vüqar uşaq deyil, özü öz çıxarlarını yaxşı bilir”.

Veteran futbol mütəxəssisi qardaşı oğlu ilə maraqlanan komandaların adlarını da açıqlayıb: “Hazırda “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi”dən təklif var. Amma Vüqar tələsmək istəmir. Bəlkə elə “Qarabağ”la yeni müqavilə bağladı. Onun verəcəyi istənilən qərarı dəstəkləyəcəm”.

Qeyd edək ki, Vüqar Nadirovun “Qarabağ”la müqaviləsi başa çatıb.


Digər xəbərlər

Xəbər xətti