İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vincenzo Montella ilə yollarını ayırıb.
SportArena.az xəbər verir ki, klub rəhbərliyi yeni mövsümdən Montella ilə çalışmaq istəməyib. Klubdan verilən açıqlamada 2012-ci ildən “Fiorentina”nı çalışdıran 40 yaşlı mütəxəssisə inamın azalması səbəbindən onunla yolların ayrıldığı qeyd olunub. Komandanın yeni baş məşqçisinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Fiorentina” 2014/2015 mövsümünü 4-cü pillədə başa vurub.