Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı

15:00 9 İyun 2015

Ermənistan I Avropa Oyunlarında mübarizəyə13 iyun tarixindən qoşulacaq.

 

SportArena.az xəbər verir ki, güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma Təsnifat Yarışlarında erməni güləşçi Roman Amoyan mübarizə aparacaq. 14 iyun tarixində isə ermənilərin daha 3 idmançısı güləş döşəyinə çıxacaq.

 

Kişilər arasında 66 kq Yunan-Roma Təsnifat Yarışlarında Miqran Arutyunyan, 75 kq Yunan-Roma Təsnifat Yarışlarında Karapet Chalyan, 85 kq Yunan-Roma Təsnifat Yarışlarında isəMaksim Manukyan iştirak edəcək.
 

Ermənistan növbəti yarışa 16 iyun tarixindən qoşulacaq. Kişilər arasında Boks üzrəYüngül Çəki (52kq) Onaltıdabir finalda Narek Abqayran, Yarım-yüngül Çəki (56kq) Onaltıdabir finalda Aram Avarqyan, Yüngül Çəki (60kq) Onaltıdabir finalda Samvel Barseghyan, Birinci Yarım-orta Çəki (64kq) Onaltıdabir finalda Hovhannes Baçkov mübarizəaparacaq. 
 Atıcılıq üzrəkişilər arasında 10 metrdən hava tüfəngi iləatəş Təsnifat yarışında Hraçik Babayan iştirak edəcək.

 

Qeyd edək ki, Avropa Oyunlarının ilk beş günündəErmənistanı 9 idmançı təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti