SON DƏQİQƏ: "Qarabağ"ın planları açıqlandı

15:53 9 İyun 2015

2014-2015 mövsümünü qızıl dublla başa vuran “Qarabağ”ın legionerləri vətənlərinə yollansa da, bəzi futbolçular yığma ilə birlikdə təlim-məşq toplanışındadı.

 

SportArena.az xəbər verir ki, komanda yeni mövsüm üçün iyunun 18-də yığışacaq. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən yarışa başlayacaq olan “köhlən atlar” təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Ağdam klubu ötən il olduğu kimi bu il də Almaniya-Avstriya sərhədində yerləşən Kössendə hazırlıq keçəcək. Püşkün nəticəsindən asılı olaraq komandanın ölkəyə dönüş tarixi müəyyənləşəcək. ÇL-in qeyd olunan mərhələsinin oyunları 14,15 və 21,22 İyul tarixlərində keçiriləcək. Püşkə görə komanda ilk oyununu evdə keçirməli olsa, iyulun 8-də Bakıya qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti