"Xəzər Lənkəran"ın malili futbolçulardan imtina etdi

18:14 9 İyun 2015

Bildiyiniz kimi, bu yaxınlarda "Xəzər Lənkəran"ın idman direktoru Yunis hüseynov Malidə səfərdə olub və yerli çempionatı izləyərək bir sıra futbolçuları nəzərdən keçirib.

 

SportArena.az xəbər verir ki, Hüseynov konkret olaraq 3 futbolçu bəyənib ki, onlardan biri hücumçu, ikisi isə yarımmüdafiəçi idi.

 

Adları açıqlanmasa da əldə etdiyimiz məlumata görə, həmin futbolçulardan biri hazırda həm də Mali yığmasının üzvüdür. Lakin təəssüflə qeyd etməliyik ki, bu transferlərin heç biri baş tutmayacaq. Futbolçuların transferini əngəlləyən səbəb isə onların müqavilələrinə sahib olan fransız futbol akademiyasının Lənkəran klubundan böyük məbləğ istəməsidir. Artıq Lənkəran klubunun rəhbərliyi qarşı tərəflə danışıqları yarımçıq dayandırıb və bu məsələ qapanıb.


Digər xəbərlər

Xəbər xətti