AÇIQLAMA Luçesku daha bir il "Şaxtyor"da

21:52 9 İyun 2015

Donetsk “Şaxtyor”unun baş məşqçisi Mirça Luçeskunun karyerasını harda davam etdirəcəyi məlum olub. SportArena.az xəbər verir ki, rumıniyalı mütəxəssis Türkiyəyə qayıtmaqdan imtina edib.  
 

“Fənərbaxça” və “Beşiktaş”ın maraq dairəsində olan qocaman çalışdırıcı “Şaxtyor”la müqaviləsini yeniləmək qərarına gəlib. Onun “Şaxtyor”la müqaviləsində olan bəndə görə, rəhbərlik anlaşmanı daha bir il uzatmaq iqtidarındadı. Luça da bundan yararlandıqlarını deyib: “Bəli, yeni bir illik müqavilə imzaladım. Xuande Ramos kimi, Ukraynanı tərk edib qaçmıram. Ayrılmaq, bəlkə də, ən asan yol olardı. Amma indi bunun zamanı deyil”.
 
Qeyd edək ki, Mirça Luçesku 2004-cü ildən bəri “Şaxtyor”un “sükanı arxası”ndadı. Buna qədər isə o, “Qalatasaray” və “Beşiktaş”ı Türkiyə çempionu etmişdi.


Digər xəbərlər

Xəbər xətti