Mövsümlərarası yay fasiləsi dövründə transfer çalışmalarını davam etdirən “Xəzər Lənkəran” aktiv fəaliyyətə keçib.
Sportarena.az xəbər verir ki, adları öncədən tərtib edilmiş transfer siyashısında olan bir neçə futbolçu ilə danışıqlar müsbət nəticələnib. Həmin məlumata görə artıq 4-futbolçu ilə ilkin razılaşma da əldə olunub. Qeyd edək ki, biri legioner o biriləri isə yerlilər olan futbolçuların adlarının açıqlanmamasının səbəbi klub tərəfinin israrlı tələbidir. Lakin eyni zamanda sızdırılan xəbərə görə ilkin razılaşma əldə olunan Azərbaycanlı futbolçulardan biri “Qarabağ” klubunda forma geyinib.12cioyuncu.info