FOTO Erməni idmançılar Bakıda

12:17 10 İyun 2015

Azərbaycanda I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Finlandiya, Slovakiya, Estoniya, İrlandiya, Portuqaliya, İsrail və Ermənistan idmançıları Azərbaycana gəlib.

 

SportArena.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, onları Heydər Əliyev adına Hava Limanında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar.

İdmançılar onlar üçün ayrılan avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında, həmçinin həmin ölkələrin jurnalist və nümayəndə heyətləri də var.

Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmaçının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.

İyunun 12-dən 28-dək davam edəcək I Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisinin iştirak edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti