Əmrah Çəlikəl: "...“Trabzonspor” Bədavi ilə maraqlanır"

13:25 10 İyun 2015

“Nə Bədavi Heseynova, nə də başqa bir futbolçuya görə hansısa klubdan təklif almamışıq”. Bunu “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

 

Türkiyə mətbuatı “Trabzonspor” klubunun Bədavi Hüseynovla maraqlandığı və hətta tərəflər arasında danışıqlara başlandığı haqda məlumat yayıb. Çəlikəl isə bu məlumatı təkzib edib: “Ola bilsin ki, “Trabzonspor” Bədavi ilə maraqlanır. Ancaq bizə Türkiyə klubundan rəsmi müraciət daxil olmayıb. Bu üzdən də məsələ ilə bağlı geniş danışmağa ehtiyac duymuram”.

 

Klub rəsmisi müqavilə müddəti başa çatan futbolçularla danışıqların başa çatmaq üzrə olduğunu da əlavə edib: “Leroy Corc, Admir Teli kimi müqavilə müddəti başa çatan bir neçə futbolçumuz var. Onlarla danışıqlar davam edir. Yəqin ki, yaxın günlərdə bu danışıqlar yekunlaşacaq. Çalışırıq bu məsələlərə vaxt itirmədən yekun vurub transfer çalışmalarını sürətləndirək. Hazırda görüşdüyümüz bir neçə futbolçu var”.

 

Qeyd edək ki, Türkiyə mətbuatının iddiasına görə, “Qarabağ” Bədavi Hüseynovun transferi üçün “Trabzonspor”dan 1 milyon avro tələb edib.apasport


Digər xəbərlər

Xəbər xətti