Sakin Məmmədzadə – 55 TƏBRİK

13:44 10 İyun 2015

İyunun 10-da Sakin Məmmədzadənin 55-yaşı tamam  olur.
 
Qeyd edək ki, Azərbaycan müstəqillliyinə qovuşduqdan sonra yenidən yaranmış “Xəzər” Futbol Klubunun ilk prezidenti məhz Sakin bəy olmuşdur.
 
1992-ci ildə ölkəmizdə futbol üzrə ilk milli çempionatın startına bir neçə gün qalmış Lənkəran təmsilçisinin taleyinə aydınlıq gəldi və komanda yarışa qoşuldu . Məhz Sakin Məmmədzadənin böyük zəhməti  sayəsində bu baş vermişdi. AFFA-dan razılıq alan kimi təcili iştirak üçün lazım olan pul da haradansa tapılır və federasiyanın hesabına köçürülür. Amma ilk oyunda meydana çıxmaq üçün eyni geyim olmayıb. Sumqayıtın “Xəzər”  komandasına qarşı matça məşq keçmədən köynəyi bir rəng olsa da digər geyim dəstləri hərəsi ayrı-ayrı rənglərdə olaraq komandamız meydana çıxır.
 
Bununla belə müstəqillik illərində “Xəzər” Futbol Klubunun bünövrəsi qoyulur. 1996-cı ilə qədər cənub klubu güclülər dəstəsində qüvvəsini sınayır və maddi imkansızlıqdan 4-cü milli çempionatdan sonra çıxışını dayandırır. Lakin illər keçəndən sonra klubun yaradıcısı olan Məmmədzadə klubu yenidən bərpa edir və hazırda uzun müddətdir ki, “ Xəzər-92”nin aşağı yaş qrupları AFFA-nın keçirdiyi milli çempionatlarda çıxış edir.
 
90-cı illərin əvvəllərində mütərəqqe düşüncəli insanların sevə sevə oxuduğu “Çeşmə” adlı satirik qəzetə görə Sakin bəyi tanıyanlar çoxdur. Hətta onu Lənkəran Universitetinin hərbi kafedrasında çalışdığına görə tanıyanlar da var. Sakin Məmmədzadəni Cənub RFF-nin prezidenti kimi  və ya Hüseyn Cəbrayıloğlu ilə həmmüəllifi olduğu “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabına görə tanıyanlar da az deyil. Mən isə onu vətənpərvərliyinə görə tanımışam və hörmət bəsləmişəm. Üçrəngli bayrağımız altında Azərbaycan torpaqlarında keçirilən ilk idman yarışı məhz onun təşkil etdiyi futbol turniri olub. 90-cu ildə üçrəngli bayrağımızın altında futbol turnirini təşkil edərkən, bir çoxları o bayrağa baxmağa belə ehtiyat edirdilər. Lakin qətiyyətlə həmin yarışmanın baş tutmasına çalışan Sakin bəy, onun keçirilməsi üçün məhz 28- may tarixini seçdi. Sakin Məmmədzadə bu futbol yarışını 1990-ci ildən bu günümüzə qədər daşıyıb gətirib. Əvvəllər onun təşkil etdiyin turnirdə böyüklər iştirak edirdi, indi məktəb uşaqları qatılır.
 
Çünki illər keçdikcə riyakarlıq torundan qurtula bilməyən cəmiyyətimizin düşüncəsində vətənpərvərlik məvhumu boğazdan yuxarı boş boşuna danışmaqla bitib tükənib. O isə hər il müstəqilliyin öldönümünə həsr olunan bu turniri keçirir və bu zaman çoxlu əziyyətlərə dözməli olur, amma iddiasından əl çəkmir.
 
Bu yaxınlarda,daha dəqiq ötən ayın 28-də Respublika günündə yenə də Sakin Məmmədzadə turnirdə qalib gələn komandanı təltif etdi. Həmin anda onun keçirdiyi hissləri anlamaq üçün sözün əsl mənasında üçrəngli bayrağı sevmək lazımdır özü də bu sevgini dilə gətirmədən, adiləşdirmədən, demoqoqik çıxışlardan uzaq olaraq. Bax, Sakin Məmmədzadəni buna görə tanıdım, buna görə də sevdim.
Ad gününüz mübarək Sakin bəy.
İslam Cabbarlı/ 12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti