FOTO Məşhur sayt Tofiq Bəhramovdan yazdı

14:37 10 İyun 2015

Dünyanın məşhur “Goal.com” idman saytında dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovla bağlı reportaj yerləşdirilib.
 
 
Sportarena.az "AzərTAC"-a istinadən xəbər verir ki, reportajda T.Bəhramovun həyatından, karyerasından, Azərbaycanın futbol tarixində önəmli yer tutmasından bəhs olunur. Bildirilir ki, 1966-cı ildə Londonda keçirilmiş futbol üzrə dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar ilə o, futbol tarixində qəhrəman kimi yaddaşlara həkk olundu.
 
Diqqətə çatdırılır ki, Azərbaycan idmanının fenomeni hesab olunan T.Bəhramov dünya futbolunun ən məşhur hakimlərindən biri kimi tarixə düşüb. Onun Azərbaycan futbolunun formalaşmasında böyük töhfəsi olub. Azərbaycanda T.Bəhramovun adı ilə bağlı bir sıra turnirlər keçirilir və məşhur hakimin xatirəsi daim əziz tutulur.


Digər xəbərlər

Xəbər xətti