Ukrayna "Zarya"sının futbolçusu Vitali Vernidub karyerasını Azərbaycanda davam etdirə bilər.
SportArena.az xəbər verir ki, bu barədə Vitali özü məlumat verib. Onun bildirdiyinə görə, Azərbaycan klubları ilə yanaşı, Qazaxıstan təmsilçilərindən də onun xidmətində maraqlıdı. Ukrayna jurnalistlərinin fikrinə görə, Vitalinin xidmətində maraqlı olan klub "Qəbələ"dir.
Qeyd edək ki, Vernidub Ukrayna yığmasında Litva ilə yoxlama matçında debüt edib.