İdman gimnastikası üzrə Rusiya yığması ilk Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.
SportArena.az-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, gimnastlarla birlikdə Bakıya Rusiyanın su polosu, voleybol, triatlon və dağ velosipedi üzrə komandaları da gəlib.
Qeyd edək ki, rusiyalı gimnastlar Oyunlarda medallara əsas namizədlərdir. Gimnastika turnirində 14 dəst medal oynanılacaq.