Norveçdə hakim futbol oyunu zamanı rəqib komandanın üzvünü gey adlandıran oyunçunu meydandan qovub.
SportArena.az xəbər verir ki, insident Norveçdə gücünə görə ikinci liqa olan komandaların oyunu zamanı baş verib. “Barum” klubunun oyunçusu Simen Yuklerod digər komandanın oyunçusu ilə təkbətək mübarizədə yıxılıb.
Rəqib oyunçu Yuklerodu simulyasiyada günahlandırıb, o isə cavab olaraq onu gey adlandırıb. Nəyicədə Yuklerod qırmızı vərəqə alaraq iki oyunluq cəzalandırılıb.
Bunun Norveç futbol çempionatı tarixində ilk belə insident olduğu bildirilir.