Roman Qriqorçukun yetirmələri hazırlığın ilk günündə əsasən topsuz çalışmalara üstünlük verib. Məşqdə milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov iştirak etməyib. Komandadan ayrı hazırlıq keçən Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib.